Xəbər lenti

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - Faktiki hava
Ölkə13:56 17.07.2025

Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - Faktiki hava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 17-sı saat 13:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 16-sı gündüz saatlarında dağlıq ərazilərdə (Xaltan, İsmayıllıda 1 mm-dək) qısamüddətli az yağış yağıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.