Ordubad rayonunda oğurluq edən şəxslər həbs edilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad RPŞ-nin əməkdaşları rayon ərazisində biri şəhid ailəsinin yaşadığı ev olmaqla, ümumilikdə 54 evdən silsilə oğurluqlar edən cinayətkar qrupun üzvlərini saxlayıb.
Onların barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Şərhlər