Xəbər lenti

Naxçıvanda baş vermiş yol qəzasında ölənlərin sayı səkkizə çatdı
Ölkə17:58 27.06.2023

Naxçıvanda baş vermiş yol qəzasında ölənlərin sayı səkkizə çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 8-ə çatıb.
Qaynarinfo apa-ya istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət almış daha 6 nəfərdən ikisi bu gün dünyasını dəyişib. Belə ki, reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev və 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov vəfat edib.
Qeyd edək ki, faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.