Xəbər lenti

Naxçıvanda həbs olunan müəllimlərin adları açıqlandı - SİYAHI
Ölkə19:50 30.04.2014

Naxçıvanda həbs olunan müəllimlərin adları açıqlandı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda həbs olunmuş və hazırda saxlanılan müəllimlərin adları açıqlanıb. 

Naxçıvandan Qaynar.info-ya verilən məlumata görə Faiq Səfərzadə, Hüseyn Qədimov, Amil Həsənov, Fəxri Qasımzadə adlı müəllimlər və Təhsil şöbəsinin müdiri Nadir Quliyev hazırda həbsdədir. 

Onların bir neçəsinin Naxçıvan Təhsil Nazirliyinin kollegiyasının qərarı ilə işdən azad edildiyi bildirilir. 

Xatırladaq ki, ötən gün Qaynar.info olaraq Naxçıvanın Sədərək rayonunda bir neçə müəllimi həbs edildiyi barədə xəbər vermişdik. Həmin məlumatda bildirilirdi ki, Sədərək rayonundakı məktəblərin birinə başqa rayondan olan yeni direktor təyin olunub. Direktoru kollektivə Muxtar Respublikanın təhsil naziri təqdim edib. Amma bu zaman bir gənc müəllim ayağa qalxaraq buna etiraz edib. Bu isə söz davasına çevrilib. Bundan sonra gənc müəllim saxlanılıb və barəsində 15 sutka azadlıqdan mərhumetmə qərarı çıxarılıb. Bir neçə gün öncə buna etiraz edən daha 5 müəllim saxlanılıb. Onların da hər birinə 15 sutka həbs cəzası kəsilib. 

Onu da qeyd edək ki, müəllimlərin həbs olunması ilə bağlı yaydığımız xəbər bu gün "Qarabağ Bloku"nda da müzakirə edilib. 

Qaynar.info