Xəbər lenti

Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi
Ölkə12:44 06.01.2024

Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Qaynarinfo xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, şəhər sakinləri - 1977-ci il təvəllüdlü Rəsulova Ruhiyyə Hacı qızı və onun övladları - 2000-ci il təvəllüdlü Mirzəyeva Jalə Vüqar qızı, 2011-ci təvəllüdlü Mirzəyeva Fidan Vüqar qızı evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Ruhiyyə Rəsulova jurnalist kimi fəaliyyət göstərir və Naxçıvan Televiziyasının əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.