Xəbər lenti

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Ölkə19:00 22.03.2021

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvanda bu ilin yanvar-fevral aylarında 16 milyon 689 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çoxdur.
Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 3861 ton, süd istehsalı 5316 ton olub.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı isə 1,7 faiz artıb.