Xəbər lenti

Naxçıvanda komanda-qərargah təlimi keçirilir (FOTOLAR)
Ölkə17:00 20.06.2018

Naxçıvanda komanda-qərargah təlimi keçirilir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda ərazidə kompüter dəstəkli olmaqla növbəti komanda-qərargah təlimi keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, iyunun 18-dən başlayan komanda-qərargah təlimində qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, praktiki fəaliyyətə cəlb edilmiş bölmələr tərəfindən döyüş atışlarının icra edilməsi və qəbul edilmiş qərarların Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması məşq etdirilir.
İyunun 24-dək davam edəcək təlimdə məqsəd komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.