Xəbər lenti

Naxçıvanda qarın hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA
Ölkə08:52 23.11.2018

Naxçıvanda qarın hündürlüyü 17 sm-ə çatıb - FAKTİKİ HAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində intensiv olub.
Düşən yağıntının miqdarı Naxcıvanda 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.