Xəbər lenti

Naxçıvanda tələbələrin saçlarını kəsdirirlər - ÖZƏL
Ölkə09:15 23.10.2013

Naxçıvanda tələbələrin saçlarını kəsdirirlər - ÖZƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bir balaca saçı olan oğlan tələbələri dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr üniversitetdən çıxırlar".

Bu barədə Qaynar.info-ya Naxçıvan Özəl Universitetinin tələbələri məlumat veriblər.

Tələbələrqeyd edir ki, "Bu gün hər kəsə saça görə qaib yazıblar. Bir balaca saçıolanı dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələrüniversitetdən çıxırlar. Bizim də burda əlimiz, qolumuz bağlıdır, bir şeyedə bilmirik. Burdakı vəziyyəti dəyişmək üçün dəstəyə ehtiyacımız var. Bunu yeterince ictimailəşdirmək lazımdır. Kömək edin. Hər şey öz elimizdəolmasa da, bir olaq bir şey edək".

Məsələ ilə bağlı NaxçıvanÖzəl Universiteti ilə əlaqə saxladıq. Özünü Universitetin rektorununköməkçisi kimi təqdim edən Vüqar Ələkbərov Qaynar.info-ya açıqlamasındafaktı təsdiqlədi: "Bəli, biz tələbələrin saçının çox olmasına, üzlərinintüklü olmasına nəzər yetiririk. Biz tələbələrə bununla bağlı xəbərdarlıqeləmişik. Bu xəbərdarlığa bəzi tələbələr əməl edir, bəziləri isə əməletmir. Elə tələbələr var ki, saçları uzun olur. Tələbə dərsə girisə, heçolmasa onun saçı qaydasında olmalıdır."

Daha sonra Universitetin prorektoru İbrahim Kazımbəyli  Qaynar.info-ya zəng edərək bildirdi ki, bu informasiya yanlışdır: "Biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar."

Pərviz Əzimov

Qaynar.info