Xəbər lenti

Naxçıvanda tibb bacısını xəzinədar təyin etdilər, sonra işdən çıxartdılar
Ölkə 18:59 03.07.2024

Naxçıvanda tibb bacısını xəzinədar təyin etdilər, sonra işdən çıxartdılar

Naxçıvan Muxtar Respublikası (MR) Ağciyər Xəstəlikləri Dispanserinin keçmiş baş tibb bacısı Hekayət Rzayeva yenidən işə bərpa edilməsini tələb edir. 

Qaynarinfo-nun məlumatına görə, o bu tələblə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırıb. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib. 

Hekayət Rzayevanın işdən çıxarılması barədə maraqlı məlumatlar əldə etmişik. Məlumatlarda bildirilir ki, sözügedən dispaneserin rəhbərliyi tərəfindən Hekayət Rzayevaya xəzinədar vəzifəsi təklif olunub. O, tibb bacısı olduğu, maliyyə işlərində təcrübəsi olmadığını bildirsə də, rəhbərlik israr edib. Beləliklə, Hekayət Rzayeva iradəsinə ziddi olaraq xəzinədar təyin edilib. 

Bir müddət bu vəzifədə çalışandan sonra o, maliyyə nöqsanına yol verməkdə ittiham edilib. Hekayət Rzayeva ittihamları qəbul etmədikdə isə Naxçıvan Səhiyyə Nazirliyinin baş müsahibi Asəf Musayev onu işdən çıxarmaqla hədələyib. Hekayət Rzayeva məsələ barədə səhiyyə naziri Niyazi Novruzova şikayət edib. Lakin nəticəsi olmayıb və o, işdən çıxarılıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->