Xəbər lenti

Naxçıvanda toylara icazə verilib? -  Rəsmi açıqlama
Ölkə11:17 29.03.2021

Naxçıvanda toylara icazə verilib? - Rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb.  Məlumatda qeyd edilib ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etməyə icazəsi verilib.
Qaynarinfo xəbər verir ki, Unikal.org-a açıqlama verən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli məsələyə münasibət bildirib.
O, qeyd edib ki, bununla bağlı rəsmi qərar yoxdur. Yazılanlar həqiqəti əks etdirmir.