Xəbər lenti

Naxçıvanda Türk şurası Gənc Liderlərinin İlk Forumu keçirildi (FOTO)
Ölkə13:33 27.11.2018

Naxçıvanda Türk şurası Gənc Liderlərinin İlk Forumu keçirildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 26-da Naxçıvan şəhərində Türk şurası Gənc Liderlərinin İlk Forumu keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə çıxışı zamanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin Gənc müəllimi Şahmar Rəfili Forumun əhəmiyyətindən söz açıb. O, bildirib ki, Forum Gənclər arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə vasilə olacaqdır:
"Çünki hər bir xalqın gələcək idarəçiləri gənclərdir. Gənclərin müxtəlif sahələr üzrə müzakirələr aparması vacib məsələdir və keçirilən forum bu işə öz töhfəsini verəcək. Forum türkdilli ölkələr arasında gənclər platformasının qurulmasına vəsilə olacaqdır. Qarşıda duran əsas məsələlərdən biri beynəlxalq təşkilatlarla gənclik sahəsində əməkdaşlığın qurulmasıdı. Bu forum və Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyi türk dünyası adına birliyin bariz nümunəsidir".