Xəbər lenti

Naxçıvanda yanacaqdoldurma məntəqəsində 71 yaşlı kişi öldü
Ölkə13:19 30.11.2025

Naxçıvanda yanacaqdoldurma məntəqəsində 71 yaşlı kişi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.
Daha sonra onun vəfat etdiyi məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.