Xəbər lenti

Naxçıvanda yaşayış binası yanır: Sakinlər təxliyə edildi (VİDEO)
Ölkə12:42 17.02.2023

Naxçıvanda yaşayış binası yanır: Sakinlər təxliyə edildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binası yanır.
Qaynarinfo xəbər verir ki, yanğın şəhərin 3-cü mikrorayon ərazisində, Naxçıvan Universitetinin yaxınlığında baş verib.
Bina sakinləri təxliyə edilib. Əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi Naxçıvanda yaşayış binasında baş verən yanğın barədə məlumat yayıb.
Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə deyib ki, qısa qapanmadan alışma baş verib: "Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır. Təhlükəsizliklə bağlı polis və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görülür".