Xəbər lenti

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 19-23 santimetrə çatır (FOTO)
Ölkə09:42 10.03.2024

Naxçıvanın dağ kəndlərində qarın hündürlüyü 19-23 santimetrə çatır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb. Ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.
Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, saat 07:00-da QARIN hündürlüyü Nürgütdə (Ordubad) 23 sm, Küküdə (Şahbuz) 19 sm, Ərəfsədə (Culfa) isə 5 sm olub.
Yağıntının miqdarı isə Naxçıvanda 5 mm, Şahbuzda 2 mm, Şərurda 4 mm, Ordubadda 3 mm, Culfada 2 mm, Kəngərlidə 6 mm, Sədərəkdə 2 mm olub.