Ölkə 15:09 12.01.2023

Nazarbayevin toxunulmazlıqlarına zəmanət verən “Elbaşı” qanunu ləğv edldi

Qazaxıstan Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevin təqiblərə qarşı toxunulmazlığına və mülkiyyət toxunulmazlığına zəmanət verən "Qazaxıstanın birinci prezidenti – Elbası haqqında” qanunu ləğv edib. Bundan sonra Nazarbayev Qazaxıstanın fəxri senatoru statusundan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Senatın spikeri Maulen Aşimbayev məlumat verib.
 
"Təxminən iki-üç həftə əvvəl biz reqlamenti yenindən nəzərdən keçirdikdə, Senatın reqlamentinə müvafiq dəyişikliklər edildi, fəxri senator adını reqlamentdən çıxardıq. İndi bizdə belə bir institut yoxdur. Belə bir qərar verməyimizin səbəbi iyun ayında keçirilən referendumda xalqımızın hamısının səs verməsi və bu referendumda ilk prezident Elbaşı ilə bağlı normaların Konstitusiyadan çıxarılmasıdır”.

Fəxri senator statusu Nazarbayevə 2019-cu ildə verilib.

Ötən qış Qazaxıstan əsas siyasət istiqamətlərinin Nazarbayevlə əlaqələndirilməsi zərurətini aradan qaldıran düzəlişlər qəbul edildi. Nazarbayevin Xalq Assambleyasına və Təhlükəsizlik Şurasına ömürlük sədrliyini ləğv edən düzəlişlər də təsdiqləndi.

Bir neçə ay sonra məlum olub ki, ölkə hakimiyyəti Nazarbayevin qohumları ilə bağlı cinayət işlərinin araşdırılması zamanı büdcəyə təxminən 500 milyon dollar qaytarıb.

Həmçinin Qazaxıstanda Birinci Prezident Günü artıq dövlət bayramı sayılmır və Astana adı paytaxta qaytarılıb (Nursultanın yerinə).

Nizami Bağırov