Xəbər lenti

Nazim Babayev Avropa Oyunlarında iştirak etməyəcək
Ölkə18:52 16.06.2023

Nazim Babayev Avropa Oyunlarında iştirak etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək atletika üzrə milli komandamızın heyətində məcburi dəyişikliklər edilib.
Qaynarinfo xəbər verir ki, uzunluğa tullanma yarışlarında ölkəmizi təmsil etməli olan Nazim Babayev zədə səbəbindən mötəbər yarışa qatıla bilməyəcək. 
Babayev ötən həftə keçirilən əməkdar məşqçi Əfqan Səfərovun beynəlxalq memorialında zədələnib və müayinədən sonra atletimizin Avropa Oyunlarında çıxışı məqsədəuyğun hesab edilməyib. Bu yarışda Nazimi Kəsgin Abbaszadə əvəz edəcək.