Xəbər lenti

Nazim İbrahimov bu vəzifəsini də itirdi - Yeni təyinat
Ölkə12:02 25.06.2020

Nazim İbrahimov bu vəzifəsini də itirdi - Yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov daha bir vəzifəsini itirib.
Qaynarinfo xəbər verir ki, Sfera.az-ın məlumatınagörə, o, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri vəzifəsindən azad edilib.
Keçmiş komitə sədrini həminpostda Birləşmiş Ərəb Əmirliyində Azərbaycan Ticarət Palatasının rəhbəri kimi fəaliyyət göstərən Elnur Əliyev əvəzləyib.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illikyubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib