Şəmkirin icra başçısı Nazim Veysovun vəzifəsini böyüdürlər
Daha bir icra başçısının yola salınması qərarı verilib. Nazirlər Kabinetindəki mənbələrdən dia.az-a daxil olan informasiyada qeyd olunur ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov vəzifəsindən azad ediləcək. Bildirək ki, bu xəbəri redaksiyamıza verən mənbə qərarın yaxın günlərdə elan ediləcəyini bildirib.
İddiaya görə Nazim Veysovu başqa bir vəzifəyə gətirilmə qərarının verilməsi də gözlənilir: "Onu başqa bir vəzifəyə təyin edəcəklər. Amma hələlik onun yerinə kimin təyin ediləcəyi yönündə dəqiqləşmə olmadığından Nazim Veysov vəzifəsində qalır".
Bildirilir ki, Şəmkir rayonu ilə yanaşı, Xaçmazın da icra başçısı vəzifəsindən azad ediləcək.
Məlumatlara görə, Nazim Veysova Prezident Administrasiyasında vəzifə veriləcək. Bununla bağlı ona vəd verildiyi iddia olunur.
Qaynar.info
Şərhlər