Xəbər lenti

Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı (FOTO)
Ölkə17:17 06.09.2026

Nazir 5 ay əvvəl təyin etdiyi agentlik rəisini işdən çıxardı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Bəxtiyar İslam oğlu Tağıyev vəzifəsindən azad edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Digər əmrlə, Ağayev Vüsal Vəzir oğlu Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi təyin edilib.

V.Ağayev bu təyinatadək Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi olub.

Qeyd edək ki, Bəxtiyar Tağıyev bu vəzifəyə 2026-cı ilin aprel ayında təyin edilmişdi.