XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi (FOTO)
Ölkə17:48 07.09.2026

Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi (FOTO)

“Şəki Dövlət Regional Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şərifov Sərdar Ənvər oğlu vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bu ilin aprel ayında Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini təyin olunan Günel Mustafayeva direktor əvəzi təyin edilib.

Qeyd edək ki, 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi nəticəsində Şəki Dövlət Regional Kolleci yaradılıb. Həmin ildən kollecin direktoru vəzifəsində çalışan Sərdar Şərifov Baş nazirin sabiq müavini Abid Şərifovun qardaşı oğludur.

Aydın