Xəbər lenti

Nazir Aydın Rəhimovu yeni vəzifəyə təyin etdi (FOTO )
Ölkə17:00 05.02.2024

Nazir Aydın Rəhimovu yeni vəzifəyə təyin etdi (FOTO )

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, sözügedən vəzifəyə Aydın Rəhimov təyinat alıb.
O, bu təyinata qədər Bakı Şəhər Təhsil İdarəsində çalışıb. A.Rəhimov yeni vəzifəsində bir müddət əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin olunan Coşqun Əliyevi əvəzləyib.
Xatırladaq ki, hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.