Xəbər lenti

Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi
Ölkə08:43 02.12.2016

Nazir “Aztelekom”a yeni rəhbər təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Aztelekom” MMC-yə yeni baş direktor təyin edib.

Nazirlikdən Qaynarinfo.Az-a daxil olan xəbərə görə, nazirin əmri ilə Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Paşayev bu ilin may ayından “Aztelekom” MMC-nin baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, bundan əvvəl “Aztelekom”un baş direktoru “Rabitə işi” ilə bağlı hazırda həbsdə olan Məhəmməd Məmmədov olub.

Qaynarinfo.Az