Xəbər lenti

Nazir baş həkimi işdən çıxartdı, yeni vəzifə verdi
Ölkə11:34 22.02.2018

Nazir baş həkimi işdən çıxartdı, yeni vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə tapşırılıb.
Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.