Xəbər lenti

Nazir: "Bəzi məktəblərin rus bölməsində şagirdlərin Azərbaycan dili bilikləri yetərli deyil"
Ölkə13:11 06.09.2023

Nazir: "Bəzi məktəblərin rus bölməsində şagirdlərin Azərbaycan dili bilikləri yetərli deyil"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi məktəblərin rus bölməsində təhsil alan yuxarı sinif şagirdləri arasında Azərbaycan dili bilikləri yetərli deyil".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, məsələ ilə əlaqəli məktəblərdə monitorinqlərin aparılması nəzərdə tutulur: "Ölkədə Azərbaycan dili rəsmi dövlət dilidir və bunu hamı bilməlidir. Bu il nəzarət tədbirləri daha da artacaq və məktəb rəhbərlərinə təlimatlar da veriləcək".//report.az