Xəbər lenti

Nazir bu xəstəxanaya baş həkim təyin etdi
Ölkə14:50 08.11.2017

Nazir bu xəstəxanaya baş həkim təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib.
"Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Rəhbər Əziz oğlu Əzizov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. 
Qeyd edək ki, R.Əzizov bundan əvvəl Ağcabədi RMX-nin Poliklinika şöbəsinin baş həkimi işləyib.
Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Azad Hüseynov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Qaynarinfo.Az