Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilir.
Axar.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun sədrlik etdiyi iclasda 2014-cü ilin yekunları və ötən il baş vermiş cinayətlərin açılması məsələləri müzakirə olunur.
Kollegiyada Azərbaycanın şəhər və rayon polis rəisləri də iştirak edir.
Nəticələrə uyğun olaraq, nazirin polis rəislərinə xüsusi tapşırıqlar verəcəyi gözlənilir.
Qaynar.info