Xəbər lenti

Nazir idarə rəisini təqaüdə göndərib - Yeni təyinat
Ölkə11:45 01.06.2022

Nazir idarə rəisini təqaüdə göndərib - Yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə yeni direktor təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin müvafiq əmri ilə Elxan Baxışov sözügedən idarənin rəisi təyin olunub.
Nazirin bir müddət əvvəl imzaladığı müvafiq əmrlə idarənin rəisi Fizuli Babayev yaşa görə təqaüdə göndərilib. 
Qeyd edək ki, Fizuli Babayev nazir Muxtar Babayevin əmisi oğludur. O, 09.06.2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsində işləyirdi.
Nazirlikdən Qaynarinfo-ya verilən açıqlamada Fizuli Babayevin Muxtar Babayevin əmisi oğlu olmadığı bildirilib.
Əhməd