Xəbər lenti

Nazir: "İslahatların məqsədi kiminsə işdən çıxarılması deyil"
Ölkə11:41 05.03.2019

Nazir: "İslahatların məqsədi kiminsə işdən çıxarılması deyil"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə son görüşündə səsləndirdiyi fikirlər mədəniyyət sahəsində islahatları sistemli şəkildə görmək istədiyinin bariz nümunəsi idi".
Qaynarinfo olke.az-a istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, mədəniyyət sahəsində son illər islahatlar davam edir: "Ölkə başçısı bu sistemin yeni formatda olmasını istəyir. Son iki ildə kifayət qədər ekspremental da olsa vacib işlərin görülməsinə nail olunub. İslahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Kim bu düşüncədədirsə yanlış düşünür".
Ə.Qarayev qeyd edib ki, islahatlar bundan sonra da davam etdiriləcək.