Xəbər lenti

Nazir keçmiş səfiri prorektor təyin etdi
Ölkə12:27 18.12.2013

Nazir keçmiş səfiri prorektor təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazir Mikayıl Cabbarov Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin edib. 

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq E.Hüseynova həvalə edilib.

Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, dekabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub. 

Qaynar.info