Xəbər lenti

Nazir məhkəmələrdəki qanunsuzluqdan danışdı
Ölkə09:04 15.11.2013

Nazir məhkəmələrdəki qanunsuzluqdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yol qəzaları və onların nəticələri insanları narahat edir”.
 
APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin Plenumunda çıxışında ədliyyə naziri Fikrət Məmmədov deyib.
 
Nazir bildirib ki, bu sahədə Azərbaycanda kompleks tədbirlər görülür: “Ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzalarının göstəriciləri yüksəkdir. Bu cür cinayət işləri araşdırılarkən məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir”.
 
F. Məmmədovun sözlərinə görə, bunun nəticəsidir ki, ötən dövr ərzində Məhkəmə Hüquq Şurası tərəfindən 39 hakim ciddi intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib.

Qaynar.info