Xəbər lenti

Nazir müavini işdən çıxarıldı: Prezidentdən yeni təyinatlar (FOTOLAR)
Ölkə10:24 05.02.2018

Nazir müavini işdən çıxarıldı: Prezidentdən yeni təyinatlar (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.
Bundan başqa, prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.