Ölkə 17:00 13.05.2023

Nazir müavini təyin olunan Fərid Cəfərov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Fərid Tahir oğlu Cəfərov Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Fərid Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bakalavr və magistr dərəcəsi üzrə bitirib. 

O, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində attaşe, III katib və II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) İcraiyyə Şurası bürosunda vitse-prezident, XİN-də II katib, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində çaışıb.

Fərid Cəfərov 13 mart 2018-ci ildə Prezident İlhamin sərəncamı ilə Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Aydın