Xəbər lenti

Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
Ölkə19:38 26.12.2024

Nazir müavini: Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Aktauya şəhərinə göndərilib.

Qaynarinfo xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda c7 nəfər xəsarət alan şəxs ölkəyə gətirilib:

"Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək və paytaxtın tibb müəssiaələrində onların müalicəsi davam etdiriləcək".

O bildirib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətiriləcək.