Xəbər lenti

Nazir müavinindən Abbas Bağırova cavab: “Onu sıxdıqdan sonra...”
Ölkə14:23 26.07.2016

Nazir müavinindən Abbas Bağırova cavab: “Onu sıxdıqdan sonra...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Abbas Bağırovun Vergilər Nazirliyi ilə bağlı ittihamlarına nazir müavini Sahib Ələkbərov münasibət bildirib.

O, jurnalistlərə açıqlamasında ittihamların əsassız və böhtan olduğunu söyləyib:

“Bu gün müğənnilərdən biri bizim haqqımızda böhtan yayıb. Amma bizim əlimizdə faktlar var və həmin fatklara əsasən qeyd edirəm ki, müğənni 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1829 AZN, 2008-ci ildə 2 979,5 manat , 2009-cu ildə 351,4 manat 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə isə 700 manat ödəyib. Bu il isə həmin şəxs bir qədər sıxdıqdan sonra 2 098 manat vergi verib”.

Xatırladaq ki, əməkdar artist Abbas Bağırov vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi. (“Qafqazinfo”)

Qaynarinfo.Az