Xəbər lenti

Nazir müəllimlərin maaş artımından danışdı
Ölkə18:05 15.09.2014

Nazir müəllimlərin maaş artımından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin əmək haqqlarının artırılmasından danışıb.

Təhsil naziri Aztv-yə müsahibəsində müəllimlərin biliyinin qiymətləndirilməsinin onların təkmilləşdirilməsinə, sonradan attestasiyaya bunun da əmək haqqlarının artırılmasına gətirib çıxaracağını deyib.

"Biz müəllimlərin biliyinin qiymətləndirilməsindən sonra onların potensialını müəyyənləşdiririk. Hansı müəllimin aşağı sinifdə, hansı müəllimlərin isə yuxarı siniflərdə daha yüksək nəticə göstərə biləcəyini müəyyənləşdiririk. Artıq müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələrini məktəb direktorlara göndərməyə başlamışıq", deyə nazir bildirib.

Qaynar.info