Xəbər lenti

Nazir polkovniki birinci müavin təyin etdi
Ölkə06:26 06.10.2023

Nazir polkovniki birinci müavin təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib. 
Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.
Əhməd