Xəbər lenti

Nazir polkovniki idarə rəisi təyin etdi
Ölkə06:41 22.02.2023

Nazir polkovniki idarə rəisi təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-leytenant Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.
Bu təyinata qədər DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.
Qeyd edək ki, Arzu Heydərov cinayətkarlıqla mübarizə sahəsindəki xüsusi xidmətləri ilə tanınır. Belə ki, o daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi olub.