Xəbər lenti

Nazir qaçqın və məcburi köçkün övladlarının təhsil hüququndan danışdı
Ölkə07:45 15.03.2017

Nazir qaçqın və məcburi köçkün övladlarının təhsil hüququndan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanın ən böyük uğurlarından biri də qaçqın və məcburi köçkünlərin tam olaraq təhsil almasını təmin etməsidir”. 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında türkiyəli deputat Küçük Canın məcburi köçkün uşaqların təsili ilə bağlı sualı cavablandırarkən təhsil naziri Mikayıl Cabbarov bildirib. M. Cabbarov deyib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: “Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib”. 

Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur. 

Qaynar.Az