Xəbər lenti

Nazir qəzada ölən tələbələrin ailələrinə başsağlığı verdi
Ölkə08:30 09.03.2017

Nazir qəzada ölən tələbələrin ailələrinə başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri Mikayıl Cabbarov Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında Sumqayıt Dövlət Universitetinin tələbələrinin ölümü ilə bağlı başsağlığı verib.

"Qaynar" xəbər verir ki, başsağlığında deyilir:

“Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sumqayıt Dövlət Universitetinin vəfat edən tələbələrinə Allahdan rəhmət diləyir, onların ailələrinə və universitetin kollektivinə dərin hüznlə başsağlığı verirəm. Hadisə zamanı xəsarət alanlara isə şəfa diləyir və tezliklə sağalmalarını arzulayıram”.

Qaynar.Az