Xəbər lenti

Nazir Rafael Ağayevə maşın bağışlamayıb - Açıqlama
Ölkə13:16 09.06.2016

Nazir Rafael Ağayevə maşın bağışlamayıb - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclər və idman naziri Azad Rəhimovun idmançı Rafael Ağayevə toyunda maşın hədiyyə etməsi ilə bağlı xəbər həqiqəti əks etdirmir.

Bunu azvision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova bildirib.

O, nazir Azad Rəhimov haqda mətbuatda yayılan məlumatın yalan olduğu deyib.

“Nazir bir çox idmançıların toyuna gedir. Hər idmançı evləndikdə ona maşın hədiyyə etsə, daha nə olar. Yayılan məlumat həqiqətə uyğun deyil”.

Qeyd edək ki, Karate üzrə millimizin lideri, 4 qat dünya, 13 qat Avropa çempionu Rafael Ağayevə bahalı avtomobil hədiyyə edilib. Bu barədə idmançı sosial şəbəkədə məlumat yayıb. 

Qaynarinfo.az