Xəbər lenti

Nazir sabiq DYP rəisinin oğluna vəzifə verdi
Ölkə10:23 19.10.2022

Nazir sabiq DYP rəisinin oğluna vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarında yeni təyinat olub.
Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis leytenantı Zalov Ramin Rəhim oğlu Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyat müvəkkili vəzifəsinə təyin edilib.
R.Zalov bu təyinata qədər Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində çalışıb. 
Qeyd edək ki, Ramin Zalov Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi Rəhim Zalovun oğludur.