Xəbər lenti

Nazir şairə yüksək vəzifə verdi
Ölkə07:57 07.03.2019

Nazir şairə yüksək vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.
Qaynarinfo Unikal-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.
Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. O, həmçinin 20 ildir 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş əmək müfəttişi vəzifəsində çalışıb.