Xəbər lenti

Nazir şəhid polkovnikin xanımına vəzifə verdi
Ölkə05:37 29.09.2017

Nazir şəhid polkovnikin xanımına vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub.

"Qaynarinfo" yenicag.az-a istinadən xəbər verir ki, Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.

N. Axundova həmçinin, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki direktoru Nazilə Məmmədova bir müddət əvvəl Abşeron rayonu Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qaynarinfo.Az