Xəbər lenti

Nazir Sumqayıt Regionalın rəisini işdən çıxardı (ÖZƏL)
Ölkə 17:20 05.07.2022

Nazir Sumqayıt Regionalın rəisini işdən çıxardı (ÖZƏL)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzin rəisini vəzifəsindən azad edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub. 

Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 09.03.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->