Xəbər lenti

Nazir təltif edildi
Ölkə15:37 12.12.2012

Nazir təltif edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elmar Məmmədyarov Rumıniya XİN tərəfindən təsis edilmiş Fəxri Fərmanla təltif edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Respublikasının ölkəmizdəki səfiri Daniel Kristian Çiobanunu qəbul edib.

XİN-in mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Rumıniya diplomatiyasının 150 illiyi ilə əlaqədar Rumıniya Xarici İşlər Nazirliyi tərəfindən təsis edilmiş Fəxri Fərmanla təltif edilib. Sözügedən Fəxri Fərman beynəlxalq münasibətlər sahəsində ümumdünya dəyərlərinin təşviqində göstərilən xidmətlərə görə verilir.

 Həmçinin, görüşdə iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Moderator.az