Xəbər lenti

Nazir töhmət verdiyi rəisi vəzifəsindən azad etdi (ÖZƏL)
Ölkə18:19 26.05.2022

Nazir töhmət verdiyi rəisi vəzifəsindən azad etdi (ÖZƏL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan Şəhər Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 
Əmrə əsasən, Şirvan Şəhər Polis Şöbəsi rəisi, polis polkovniki Hikmət Quliyev təqaüdə göndərilib.
Xatırladaq ki, ötən il nazir Vilayət Eyvazovun əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiklərinə görə Şirvan PŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev, baş əməliyyat işləri üzrə müavin, polis mayoru Ramil Salayevə və təhqiqatçılara şiddətli töhmət verilib.
Əhməd