Xəbər lenti

Nazir uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirdi
Ölkə09:11 28.04.2022

Nazir uşaqlarda mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
"Report”un xəbərinə görə, o, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını bildirib:
"Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, - nazir vurğulayıb.