Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rafiq Əli oğlu Misirov FHN-nin Aran Regional Mərkəzinin rəis müavini təyin olunub.
Qeyd edək ki, 5 noyabr 1961-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olan Rafiq Misirov Azərbaycan Xalq Təsərrüfat İnstitutunu bitirib. Ailəlidir, üç övladı var.
Əhməd