Bu gün AFFA İcraiyyә Komitәsinin yeni heyәti müәyyәnlәşib. Xarici İşlər naziri Elmar Məmmədyarov komitə üzvü seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
"Planlardan danışmaq üçün tezdir. Tәzә seçilmişәm. Rövnәq müәllim mәnә tәklif elәmişdi ki, futbolumuzu qaldıraq, siz dә bunda iştirak edin. Mәn özüm futbolu sevirәm. Oyunlara gedirәm. "Qarabağ" vә "Qәbәlә"nin oyunlarına baxıram. "Neftçi"nin matçlarına da baxırdıq. Azәrbaycan futbolu inkişaf edir. Klub sәviyyәsindә inkişaf var. "Qarabağ" vә "Qәbәlә"nin nәticәlәri göz önündәdir. "Zirә" dә yaxşı futbol oynayır. Ümid edirәm ki, bu il dә yaxşı olacaq".("Qafqazinfo")
Qaynar.info